logo
logo logo
logo

Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı  

16:05 - 15 Oktyabr 2026

Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı  

14–27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi üzərindən “EmbaFinans” BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir. 


İstiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin edilməmiş formada buraxılır. 

Abunə yazılışı müddətində istifadəçilər Birbank Invest tətbiqi vasitəsilə “EmbaFinans” BOKT QSC-nin  istiqrazlarını əldə etmək üçün müraciət edə bilərlər. 

Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az