logo
logo logo
logo

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azaldı

02:00 - 16 Oktyabr 2026

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azaldı

Oktyabrın 9-na olan vəziyyətə görə ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 8,6 milyon barel azalaraq 415,6 milyon barel təşkil edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, ehtiyatların hazırkı həcmi ilin bu vaxtı üçün son beş ilin orta göstəricisindən 3 % aşağıdır.

Məlumatların dərci fonunda neft qiymətləri artım nümayiş etdirib. Bakı vaxtı ilə saat 20:25-ə olan vəziyyətə görə, Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,11 % artaraq bir barel üçün 106,18 dollara çatıb.

WTI markalı neftin noyabr fyuçersləri 3,37 % bahalaşaraq bir barel üçün 98,29 dollara çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az