“Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi”.
Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. “ Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı.”
K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”
K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq” .
“Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib” - Kamaləddin Qafarov
11:46 - 15 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Oktyabr 2026 - 14:20
""Bir millət, iki dövlət" prinsipi qarşılıqlı hörmət əsasında yaşamalıdır" - Deputatdan vacib mesaj
13 Oktyabr 2026 - 22:40
"Sabah" qələbə qazandı - YENİLƏNİB
13 Oktyabr 2026 - 19:44
“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
13 Oktyabr 2026 - 23:43
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli oldu
14 Oktyabr 2026 - 01:00
Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib tövsiyələr
13 Oktyabr 2026 - 23:03
Bəzi yerlərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
13 Oktyabr 2026 - 20:16
Səbinə Əliyeva vətəndaşları qəbul etdi - FOTO
13 Oktyabr 2026 - 22:31
Tarixin ilk trilyonçusu titulunu yenə itirdi
13 Oktyabr 2026 - 21:54
Bu yollarda təmir işləri aparılır - Sürücülərin NƏZƏRİNƏ
13 Oktyabr 2026 - 19:58
"Sabah" "Slaviya"ya qarşı - Start heyətlər
13 Oktyabr 2026 - 19:16
Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
13 Oktyabr 2026 - 22:16
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırıldı
Xəbər xətti
- 14 Oktyabr 2026
- 19:07 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi
- 19:02 İlham Əliyev qəbul keçirdi - FOTOLAR
- 18:50 Bakı-Qazax yolunda QƏZA - Yaralıların son vəziyyəti açıqlandı
- 18:38 Bakı və Qazaxıstan limanları arasında koordinasiya gücləndirilir - FOTOLAR
- 18:29 Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTOLAR
- 18:26 “313 Team” saytlarımıza kiberhücuma görə məsuliyyəti üzərinə götürdü
- 18:20 Emoməli Rəhmon Azərbaycanda səfərdədir - FOTO
- 18:15 Bakıda görüşdülər - FOTO
- 18:08 Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirdi - FOTOLAR
- 17:56 Japarov xanımı ilə Bakıya gəldi - FOTOLAR
- 17:46 AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqladı
- 17:40 Tokayev də Bakıya gəldi - FOTOLAR
- 17:35 “Müttəfiqlik bir-birinin daxili işlərinə müdaxilə etmək hüququ vermir” - DEPUTAT
- 17:34 Dövlət Bağçalıdan Türkiyə-Azərbaycan münasibətlərinə DƏSTƏK
- 17:29 Lavrov da Bakıdadır - YENİLƏNİB
- 17:17 Mühəndis-energetiklər “Azərişıq” ASC-də təlimlərə başlayıblar - FOTOLAR
- 17:10 İranda türk dili qadağan ediləndə niyə susdunuz? - "Traktor"dan Türkiyəyə sərt etiraz
- 17:06 ""44" filmini yaradanlara eşq olsun!" - Afaq Bəşirqızı
- 17:03 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın
- 16:52 Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
- 16:48 Azercell-in dəstəyi ilə Bakıda virtual futbol turniri keçiriləcək
- 16:43 Qəzada maşında sıxılı qalan oğlan belə xilas edildi - VİDEO
- 16:35 Bir-dən sahibkarlar üçün güzəştlər - “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
- 16:31 İsrail Prezidenti Azərbaycana gəldi - FOTOLAR
- 15:45 “Strateji müttəfiqlik siyasi itaət mexanizmi deyil” - Elçin Mirzəbəyli
- 15:45 Vyetnamın Vitse-prezidenti Azərbaycana gəldi
- 15:38 “Bunun tərəfdarıyam, özüm də zamanında məktəbli paltarında gedərdim”
- 15:29 Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda - Kredit faizi endi
- 15:18 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi
- 15:04 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
- 14:52 Əli Əsədov Laos Prezidenti ilə görüşdü - FOTO
- 14:46 Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - VİDEO
- 14:34 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər
- 14:26 Hakan Fidan Bakıya gəlir
- 14:20 ""Bir millət, iki dövlət" prinsipi qarşılıqlı hörmət əsasında yaşamalıdır" - Deputatdan vacib mesaj
- 14:11 “Fransalı nazirin Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik”
- 13:53 “Bu cür qərəzli fəaliyyətinə görə kanal “qara siyahı”ya daxil edilib” - “Sahar Azəri” ilə bağlı AÇIQLAMA
- 13:42 Azərbaycan-Kamboca münasibətləri yeni mərhələ
- 13:23 “Uşaqlar məktəbdə oxuduqları müddətdə məktəbli formasında olmalıdırlar" - Təranə Muradova
- 13:17 Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - RƏSMİ AÇIQLAMA
- 13:07 Sabah hava necə olacaq?
- 12:46 “Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
- 12:44 Laos Prezidenti “ASAN xidmət”də - FOTOLAR
- 12:39 Şəki məktəbliləri günə səhər idmanı ilə başlayıblar - FOTO/VİDEO
- 12:28 “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır” - Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj
- 12:19 Rəşad bu kollecin tələbəsi imiş
- 12:02 Oktyabrın pensiyaları ödənildi
- 11:53 Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya bu qədər tutulacaq
- 11:51 "Sabah" - "Slaviya" oyununda antirekord qeydə alındı
- 11:48 Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
- 11:47 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqladı