Bakıda ağcaqanad dərmanından ev yandı - VİDEO

09:02 - 05 İyul 2024

Bakıda ağcaqanad dərmanından ev yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində, Natiq Həşimi 31 ünvanında Şamil Manafova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Onun iddiasına görə, hadisə vaxtı o evdə olmayıb. Yanğına səbəb isə ağcaqanad dərmanının yandırılması olub.

Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Hazırda ekspertiza işləri aparılır. Qeyd edək ki, Ş.Manafov Çernobıl əlilidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az