Ağstafada dəm qazından zəhərlənmə hadisəsi baş verib

22:34 - 27 Dekabr 2024

Ağstafada dəm qazından zəhərlənmə hadisəsi baş verib

Ağstafada zəhərlənmə hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü S.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Hacıyeva dəm qazından yaşadığı evin hamamında zəhərlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az