Hazırda ölkəmizə Ukraynadan da ət idxal edilir və satışı həyata keçirilir.
Manset.az ARB TV-yə istinadən xəbər verir ki, sosial şəbəkə üzərindən bu ətlərin satışını həyata keçirənlərin məlumatlarına görə, quzu ətinin bir kiloqramı 12 manat 50 qəpik, mal ətinin bir kiloqramı isə 8 manat 50 qəpikdən başlayan qiymətlərlə satılır.
Qeyd edək ki, hazırda ölkəmizdə yerli quzu ətinin qiyməti 20-22 manat, mal ətinin isə 15-16 manatdan başlayır.
Məlumdur ki, Ukrayna hazırda müharibə şəraitindədir.
Bəs daşınma, gömrük və sair xərclər fonunda Ukraynadan gətirilən ət yerli ətin qiymətindən necə ucuz olur?