Ukraynadan gətirilən ətlər niyə ucuz satılır?

15:35 - 18 Yanvar 2025

Ukraynadan gətirilən ətlər niyə ucuz satılır?

Hazırda ölkəmizə Ukraynadan da ət idxal edilir və satışı həyata keçirilir.

 

Manset.az ARB TV-yə istinadən xəbər verir ki, sosial şəbəkə üzərindən bu ətlərin satışını həyata keçirənlərin məlumatlarına görə, quzu ətinin bir kiloqramı 12 manat 50 qəpik, mal ətinin bir kiloqramı isə 8 manat 50 qəpikdən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, hazırda ölkəmizdə yerli quzu ətinin qiyməti 20-22 manat, mal ətinin isə 15-16 manatdan başlayır.

Məlumdur ki, Ukrayna hazırda müharibə şəraitindədir.

Bəs daşınma, gömrük və sair xərclər fonunda Ukraynadan gətirilən ət yerli ətin qiymətindən necə ucuz olur?

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az