BDU-da Bəxtiyar Nəbiyevlə tələbələrin görüş baş tutdu  

20:59 - 30 Aprel 2025

BDU-da Bəxtiyar Nəbiyevlə tələbələrin görüş baş tutdu  

Bakı Dövlət Universitetində (BDU) "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin "Heydər Əliyev ideyalarının müasir dövrdə reallaşması və davamlılığı" mövzusunda mühazirəsi keçirilib.


Manset.az BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Bəxtiyar Nəbiyevin fəaliyyəti haqqında məlumat verib, Universitetdə keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin əhəmiyyətindən danışıb.

Daha sonra məruzə ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb. Bu gün müasir, müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni işğalına son qoydu, suverenliyimizi bərqərar elədi, regionda yeni siyasi reallıq yaratdı. Bütün bunların fövqündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən, güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

Bəxtiyar Nəbiyev qeyd edib ki, fəaliyyətinin hər dövründə Ulu Öndərin müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli dövlətin yaradılması olub. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli Liderin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Daha sonra qonaq tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv