Oturaq həyat tərzi boyun ağrısının inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. Çin alimləri belə qənaətə gəliblər.
Manset.az-ın məlumatına görə, alimlər servikal onurğada ağrı sindromu amillərinə həsr olunmuş əvvəllər dərc edilmiş 25 tədqiqatın məlumatlarını təhlil ediblər. Araşdırmada 13 ölkədən 43 mindən çox insan iştirak edib.
Məlum olub ki, ən böyük təhlükəni smartfonlardadır. Telefonları ilə çox vaxt keçirənlərdə cihazlardan az istifadə edənlərlə müqayisədə boyun ağrısı riski 82% çoxdur. Kompüterdə işləmək riski 23% artırır, televizora baxmaq isə ciddi təsir göstərmir.
Araşdırma həmçinin müəyyən edib ki, uzun müddət oturmağın sağlamlığa mənfi təsiri var. Gündə dörd saat oturmaq boyun ağrısı riskini 45%, altı saatdan çox oturmaq isə riski təxminən 88% artırır.
Yeganə