Şərabda olan təbii maddə-flavonoidlər iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Bundan əlavə, bu içkini içmək sağlam yuxuya və yaxşı əhval-ruhiyyəyə kömək edən melatonin və serotonin hormonlarının istehsalını stimullaşdırır.
Manset.az xarici KİV-ə istinadla bildirir ki, alimlər yeni araşdırma ilə bu qənaətə gəliblər.
Bir çox insan üzərinə aparılan araşdırmadan sonra bəlli olub ki, belə içkilər bədən üçün faydalı ola bilər. Şərabın antioksidant və antiinflamatuar xüsusiyyətləri onun təsiri altında flavonoidlər adlanan polinolik birləşmələrin və kofe turşusu kimi digər faydalı maddələrin olması ilə əlaqədardır.
Yeganə