"30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq I sinfə yerləşdirilib. Hansı valideyn avtomatik təyin edilmiş məktəb və müəllim seçimi ilə razılaşmasa, sorğusunu ləğv edə bilər".
Manset.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə bildirib.
"Sorğunu dəyişmək istəyən valideynlər 6 may saat 15:00-dan etibarən digər məktəbi və müəllimi seçə bilərlər", – deyə o qeyd edib.