Məlumdur ki, yüksək xolesterol ürək xəstəliyi və insult riskini əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər xolesterolu artıran qidalardan uzaq durmağı tövsiyə edirlər.
Manset.az xarici KİV-ə istinadla bildirir ki, bəzi pəhriz seçimləri xolesterol səviyyələrinə mənfi təsir göstərə bilər.
Mütəxəssislər xolesterol səviyyəsini artıran qidaları açıqlayıb. Onlar bu qidaların xüsusilə doymuş yağlarla zəngin olduğuna və həmin yağların pis (LDL) xolesterini artıraraq ürək sağlamlığını təhdid etdiyinə diqqət çəkiblər.
Qırmızı mal əti, donuz əti, quzu, kolbasa
Kərə yağı, qaymaq, süd
Kremli tortlar, peçenyelər, şirniyyatlar
"Fast food" məhsulları
Qızardılmış qəlyanaltılar
Palma yağı, kokos yağı
Yeganə