Ağstafada 2 yük maşını toqquşdu - FOTOLAR

13:31 - 03 May 2025

Ağstafada 2 yük maşını toqquşdu - FOTOLAR

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan "Mersedes" markalı yük maşını "İsizu" markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb

    Hadisə nəticəsində, "İsizu"nun sürücüsü xəsarət alıb.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv