Azərbaycanda bu televiziyanın adı dəyişdirildi 

16:50 - 08 May 2025

Azərbaycanda bu televiziyanın adı dəyişdirildi 

"Səhiyyə TV" televiziya kanalının adı "SAF TV" olaraq dəyişdirilib.


Bu barədə Manset.az-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, Audiovizual Şurasının bu gün keçirilən iclasında iki məsələyə müzakirə edilib.

"Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının "Saf TV"-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.

İclasda həmçinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az