"Tesla" smartfon bazarına girməyə hazırlaşır. İlon Maskın açıqlaması ilə gündəmə gələn "Tesla" telefonu aparat xüsusiyyətləri və əlaqə imkanları ilə diqqət çəkir.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, hələlik buraxılmayan cihazın 2025-ci ilin ortalarında təqdim edilməsi planlaşdırılır.
"Tesla" telefonu "SpaceX"in "Starlink" peyk şəbəkəsi ilə inteqrasiya olunmasını işlətmək üçün nəzərdə tutulub. Bu sistem sayəsində cihazın internetin məhdud olduğu ərazilərdə belə əlaqə təmin etməsi gözlənilir.
Yeganə