"BakıKart"dakı problemlə bağlı AÇIQLAMA

11:34 - 09 May 2025

\"BakıKart\"dakı problemlə bağlı AÇIQLAMA

Bu gün səhər satlarında Bakının ictimai nəqliyyatında gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb.


Manset.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, hazırda sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.

"Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır", - AYNA bəyan edib

***
09:19

Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da problem yaranıb.

Manset.az xəbər verir ki, onlayn ödəniş etmək mümkün olmayıb.

Belə ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib. 

Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.

Xatırladaq ki, bir müddət əvvəl də belə bir problem yaranmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv