Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  

08:00 - 12 May 2025

Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  

Dünya bestselleri Toyota Corolla 2025-ci ildə dünyada ən çox satılan modellərin reytinqinə başçılıq edib. 


Manset.az bildirir ki, 2025-ci ilin birinci rübündə 244 000-dən çox Toyota Corolla satılıb. İkinci yerdə məşhur Yapon avtomobil istehsalçısının daha bir modeli - kompakt tam ötürücülü avtomobil Toyota RAV4 gəlir.

Həmçinin ilk üçlükdə gözlənildiyi kimi, Fordun yetmiş ildən artıqdır istehsal etdiyi əfsanəvi Amerika pikap Ford F-Series olub.

2025-ci ildə dünyanın ən populyar 10 avtomobili:

• Toyota Corolla - 244 751 (-13,5 faiz);

• Toyota RAV4 - 242 190 (-0,6 faiz);

• Ford F-Series - 225 501 (+24 faiz);

• Tesla Model Y - 191 193 (-33,6 faiz);

• Honda CR-V - 180 452 (-0,3 faiz);

• Chevrolet Silverado - 150 164 (-8 faiz);

• Hyundai Tucson - 148 511 (+1 faiz);

• Tesla Model 3 - 139 901 (+24,2 faiz);

• Toyota Hilux - 136 420 (+0,5 faiz);

• Toyota Camry - 136 233 (+0,5 faiz).


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv