Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir? - AÇIQLAMA

12:46 - 12 May 2025

Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir? - AÇIQLAMA

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) məlumat verilib.

Qeyd olunub ki, ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir:

"Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi respirator xəstəliklərin artımı müşahidə olunsa da, bu, gözlənilən və nəzarət altında olan bir haldır".

Məlumata görə, qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir:

"Hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv