Yardımlaşma, mərhəmət, ətraf
mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və
təbliğ edən Qırmızı Ürəklər Fondu “Qurban payı” ianə aksiyasına start verir.
6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah
insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində
yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
Aksiyaya qoşulmaq, daha çox ailəyə
bayram sevinci yaşatmaq üçün redhearts.az
veb-saytında “İanə et” bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə
etmək mümkündür.
Redhearts veb-saytı: https://kbl.az/qrbnpyi
Birbank mobil tətbiqi: https://bit.ly/BIRBNK
Qeyd edək
ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin
bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci
ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın
bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda
dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.