Qatarın qarşısına heyvan sürüsü çıxdı - ADY-dən açıqlama 

19:51 - 13 May 2025

Qatarın qarşısına heyvan sürüsü çıxdı - ADY-dən açıqlama 

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarət buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.


Manset.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin hadisə ilə bağlı açıqlamasında bildirilib. 

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

“ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.

Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur” - məlumatda qeyd olunur.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində Şəmkir rayonunun Sabirkənd kənd sakini İbrahim Məmmədova məxsus 37 baş xırdabuynuzlu heyvan tələf olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv