Ölkənin
birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr
qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir. Bu dəfə bank daxilində
dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin
maliyyə və müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata
keçirilən layihə ötən həftə baş tutub.
İlk
olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil
olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış
olublar. Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə
təhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq sahələrində tətbiq
edilən ən son yeniliklərlə tanış olub, onları maraqlandıran suallara cavab
alıblar.
“CX
day” adlı növbəti layihə isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
İqtisad Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının tələbələri üçün təşkil edilib. Tədbir çərçivəsində bankın ekspertləri
müştəri təcrübəsinin analizi və öyrənilməsi, məhsulun yaradılması və
inkişafında müştəri təcrübəsinin rolu mövzusunda öz biliklərini tələbələrlə
paylaşıblar. Həmçinin, bu istiqamətdə karyera qurmaq şəxsi inkişaf strategiyası
da onlara təqdim edilib.
Bank
gənc kadrların inkişafına yönəlmiş təşəbbüslərlə onların karyera yolunda daha
da irəliləmələrinə yardım etməyi və peşəkar inkişaflarına dəstək olmağı hədəfləyir.
Qeyd edək ki, layihələr davamlıdır və il sonunadək digər tələbələr də bu təcrübədən
faydalana biləcəklər.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün
https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.