Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi

17:50 - 14 May 2025

Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi

İşində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regional idarələrdə kadr təyinatı aparıb.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Quliyev Təyyar Səlahəddin oğlu İsmayıllı Regional Turizm İdarəsinə rəis təyin edilib. 

Məlikov Şahin Abid oğlu Şəki Regional Turizm İdarəsinə, Cabarov Samir Bakir oğlu Quba Regional Turizm İdarəsinə rəhbərlik edəcək. 

Bir neçə ay əvvəl Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinin rəisi Qarayev Fariz Rasim oğlu vəzifəsindən azad edilərək, Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

Kərimov Tural Adil oğlu isə Mingəçevir Regional Turizm İdarəsinin rəisi təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv