Bu günlərdə
Naxçıvan böyük bir hadisəyə ev sahibliyi
etdi: çünki “Kontakt” Naxçıvandakı mağazasının qapılarını tam rəsmi şəkildə
müştərilərinin üzünə açdı. Uzun zamandır
səbirsizliklə gözlənilən bu açılış tədbiri Azərbaycanın pop musiqisinin
kraliçası – Aygün Kazımovanın iştirakı ilə daha da yaddaqalan oldu.
Həmin gün “Kontakt” mağazası əsl bayramın, musiqi
şousunun mərkəzinə çevrildi. Gecənin ulduz qonağı – xalq artisti Aygün Kazımova
səhnəyə çıxdığı andan etibarən tədbirin atmosferi tam fərqli bir hal aldı.
Sosial şəbəkələrdə viral olan paylaşımlardan da göründüyü üzrə bu açılış
Naxçıvan sakinləri üçün uzun müddət unudulmayacaq xatirəyə çevrildi.
Mağazanın unikal imkanları
isə tədbirin təntənəsinə tam uyğun idi. Şəbəkə 1200 m² ərazidə 30.000-dən çox məhsul
çeşidi ilə Naxçıvan mağazasında geniş seçim təqdim edir: rəqəmsal texnikadan
mebelə, məişət avadanlıqlarından ev tekstilinə qədər hər zövqə uyğun məhsullar
artıq buradadır.
Və əlbəttə ki, bütün bu
ab-havanı daha da maraqlı edən açılışa özəl kampaniyalar idi. Mayın 18-dək “Kontakt” Naxçıvanda məhsullara
nağd alışda 60%-dək endirimlər davam edir. Daha da gözəli isə məhsulun
endirimli qiymətini 24 ayadək bölüb hissəli
ödəmək də mümkündür. Qısacası, indi Naxçıvan mağazasından təkcə istədiyinizi
deyil, onu istədiyiniz kimi ala biləcəksiniz.
Məsələn:
·
128 Gb-lıq iPhone
13 smartfonunu 1380 yox, 1330 manata;
·
140 sm
diaqonallı Hisense televizorunu 1250 yox, 750 manata;
·
6 kq həcmə
malik Hisense paltaryuyanını 860 yox, 500 manata;
·
205 lt həcmə
malik Hoffmann soyuducusunu 600 yox, 360 manata;
·
Baza və yataq
mexanizmli Nirvana divanını 480 yox, 250 manata ala bilərsiniz.
Artıq Naxçıvanda seçimlər
indi daha geniş, alış-veriş isə daha rahatdır. Odur ki, Nəsrəddin Tusi küçəsi
11 ünvanında yerləşən “Kontakt” mağazasında sizi endirim və sevinc dolu anlar
gözləyir.
Qeyd edək ki, “Kontakt” bir
ildən artıq müddətdir ki, Naxçıvanın istənilən bölgəsinə çatdırılma xidməti
göstərir. Beləliklə, mağaza ilə yanaşı, həm də kontakt.az saytı vasitəsilə
onlayn çatdırılma xidmətindən istifadə edə bilərsiniz.
Ətraflı məlumat üçün *6060
Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.