Sosial şəbəkələrdə ağlasığmaz elanlar - "3 manata ər tap"

09:23 - 17 May 2025

Sosial şəbəkələrdə ağlasığmaz elanlar - \"3 manata ər tap\"

Sosial şəbəkələrdə fəaliyyət göstərən evlilik və tanışlıq səhifələri son dövrlər geniş yayılıb.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, bu platformalarda kişilər üçün elan yerləşdirmək ödənişli olduğu halda xanımlar üçün xidmət tamamilə pulsuzdur. Elan yerləşdirmənin qiyməti 3 manatdan başlayaraq, 10 manata qədər dəyişir.

Bəs bu kimi elanlar vasitəsilə tanış olub evlənmək nə qədər düzgündür? Bu evliliklər nə dərəcədə davamlı və sağlam ola bilər?

Mövzu ilə bağlı paytaxt sakinlərinin fikri öyrənilib.

Sakinlərdən biri bildirib: "Sosial şəbəkələrdə ancaq kimləsə tanış ola bilərsən, evlilik olmaz. Ən azından həmin şəxslə ünsiyyətdə olmalısan ki, onu tanıyasan. Telefonla insanları tanımaq olmur".

Başqa bir sakin isə belə deyib: "Əgər düzgün biridirsə, evlənmək olar. Amma fikrimcə, sosial şəbəkələr vasitəsilə insanları tanımaq çətindir".

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv