Ankarada zəlzələ oldu

19:16 - 12 Mart 2026

Ankarada zəlzələ oldu

Türkiyənin paytaxtı Ankara şəhərinin Haymana rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların ocağı yerin 7.7 km dərinliyində yerləşib.

Bakı vaxtı ilə saat 18:49-da qeydə alınan zəlzələ ətraf vilayətlərdə də hiss edilib. İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində itki və dağıntı olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az