Bakıda bu binaların sakinlərinə ŞAD XƏBƏR

13:22 - 17 May 2025

Bakıda bu binaların sakinlərinə ŞAD XƏBƏR

Bakı şəhərində dövlət mənzil fonduna aid 9 mərtəbəli yaşayış binalarında liftlərin satınalınması və quraşdırılması ilə bağlı hazırlıqlar yekunlaşdırılıb.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, liftlərin alınması və quraşdırılması ilə bağlı artıq “Vertus Engineering Co” şirkəti ilə müqavilə də bağlanılıb.

Müqaviləyə əsasən, dövlət mənzil fonduna aid 9 mərtəbəli yaşayış binalarının liftlə təmin olunması 7 milyon manata başa gələcək.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin fevral ayında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda paytaxt üzrə də doqquz mərtəbəli binalarda 141 lift quraşdırılması öz əksini tapıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az