Saxta günəş eynəkləri təhlükə saçır - Mütəxəssislərdən xəbərdarlıq 

18:59 - 17 May 2025

Saxta günəş eynəkləri təhlükə saçır - Mütəxəssislərdən xəbərdarlıq 

Yay aylarında gün eynəklərinə tələbat artdığı üçün mütəxəssislər vətəndaşları saxta və keyfiyyətsiz eynəklərə qarşı xəbərdar edirlər.


Manset.az-ın əldə etdiyi məlumata əsasən, oftalmoloqlar bildirirlər ki, saxta eynəklər UV şüalarını bloklamır və yalnız rəngli şüşədən ibarət olur.

Bu da göz yorğunluğu, bulanıq görmə, baş ağrısı və hətta retina zədələnməsi ilə nəticələnə bilər.

Alimlərin sözlərinə görə, keyfiyyətli gün eynəkləriUV 400” etiketi ilə işarələnməli və CE sertifikatı ilə təqdim olunmalıdır.

Saxta eynəkləri çərçivənin keyfiyyətindən və linzalar arasındakı rəng fərqindən müəyyən etmək mümkündür.

Həkimlər xüsusilə uşaqların görmə inkişafına saxta eynəklərin mənfi təsir etdiyini, hətta diqqət pozuntularına yol aça biləcəyini diqqətə çatdırırlar.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv