Uşaqlar üçün müavinətin artırılması təklif edilir

22:38 - 18 May 2025

Uşaqlar üçün müavinətin artırılması təklif edilir

Bu ilin yanvar-fevral aylarında doğulan 15 min 971 körpənin 53,8 faizi oğlan, 46,2 faizi isə qızdır.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda öz əksini tapıb.

Eksperrtlər hesab edirlər ki, oğlan-qız nisbətindəki bu fərqin əsas səbəbi selektiv abortlardır. Bu məsələ ölkədə təhlükəli hal alıb, qızların bioloji artım göstəriciləri oğlanlara nisbətdə enib. Oğlanlar bioloji normadan çox doğulurlar, qızlar isə az. Bəs çıxış yolu nədir?

Sosioloq Üzeyir Şəfiyev deyir ki, bu cür vəziyyət uzunmüddətli dövrdə ölkədə demoqrafik problemə gətirib çıxaracaq. Eyni zamanda genefonda da təsir edəcək.

Ekspert deyir ki, paralel olaraq nəsilvermə əmsalı da kəskin azalıb. 1962-ci ildə bu əmsal Azərbaycanda yüksək səviyyədə olub. Həmin dövrdə bir qadına 6 uşaq düşdüyü halda, indi bu rəqəm təxminən 2-yə enib. Buna görə də dünya üzrə ən kritik ölkələr sırasındayıq. Bu mənada stimullaşdırıcı addım olaraq doğulan qız uşaqlarına verilən birdəfəlik müavinətlər artırıla bilər. İlk uşaqda verilən müavinətdən fərqli olaraq, ikinci və üçüncü qız uşağının doğulması zamanı bu müavinətin daha da artırılması məqsədəuyğun olar. Eyni zamanda, geniş maarifləndirmə işləri də aparılmalıdır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv