Ötən
həftə Azərbaycanda, turizmin mərkəzi bölgələrindən biri olan Qəbələ şəhərində
sahibkarlar üçün daha bir tədbir keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası
və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı, eləcə də Birbank
Biznes-in tərəfdaşlığı ilə keçirilən layihədə Qəbələ və ətraf rayonlarda
yaşayan, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Qəbələ
şəhəri “ASAN xidmət” Mərkəzində keçirilən tədbirə Birbank Biznes müştərisi olan
və olmayan 40 sahibkar qoşulub. Tədbir zamanı sahibkarlara bankın mütəxəssisləri
tərəfindən Birbank Biznes-in sahibkarlar üçün yaratdığı imkanlar və üstünlüklər
haqqında məlumat verilib. Eyni zamanda maliyyələşmə məhsullarının işləmə
prinsipləri, qeyri -kredit məhsullarının yaratdığı imkanlar və üstünlüklər və
digər rəqəmsal həllər iştirakçılara təqdim edilib. Daha sonra iştirakçıların
ehtiyacları dinlənilib və bankın gələcək yenilikləri haqqında onlara ətraflı məlumat
verilib.
Qeyd
edək ki, Birbank Biznes cari ildə sahibkarların inkişafını dəstəkləyən layihələrlə
gündəmə gəlir. Bu kimi layihələrin keçirilməsi ölkədə sahibkarlığın, eləcə də
bazar iqtisadiyyatının inkişafına böyük dəyər qatır.
Sahibkarlığın
inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm
sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes
sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində
suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir.
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı
məlumat üçün https://birbank.business/ saytına
keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.