280 abonentin qazı kəsildi

21:58 - 19 May 2025

280 abonentin qazı kəsildi

İmişlidə 280 abonentin qaz təminatı dayandırılıb.


Manset.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, rayonun Qaralar kəndini təbii qazla təmin edən 108 mm-lik qaz kəmərinin yeraltı keçid hissəsində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.

Qeyd edilib ki, təmir işləri 19.05.2025-ci il saat 18:40-dan etibarən başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv