Stomatoloqlara 1800 manatlıq plan tələbi niyə qoyulub? - TƏBİB rəhbəri açıqladı

09:29 - 27 May 2025

Stomatoloqlara 1800 manatlıq plan tələbi niyə qoyulub? - TƏBİB rəhbəri açıqladı

Bir müddətdir paytaxtda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat tələb olunduğu barədə iddia yayılıb.


Manset.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Xəzər Xəbər”ə müsahibəsində məsələyə münasibət bildirib.

“Stomatoloqlar tərəfindən qeyri-rəsmi ödənişlər həddən artıq çox saydadır. Bunun qarşısının alınması üçün TƏBİB tərəfindən artıq müzakirələrə başlanılıb”, - deyə, o söyləyib.

V. Qurbanovun sözlərinə görə, burada konkret rəqəm və say üzərindən danışmaq düzgün deyil. Hələ rəsmi qərar yoxdur.

Daha ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az