Şuşada yeni layihə - 49,1 milyon manat ayrılır

17:41 - 29 May 2025

Şuşada yeni layihə - 49,1 milyon manat ayrılır

Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri davam etdirilir.


Manset.az Trend.az-a istinadən xəbər verir ki, bu işlərin davamı kimi Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ 10 ədəd bina) tikintisi işləri həyata keçiriləcək.

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 49,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikintisi, eləcə də D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin göstərilməsi ilə bağlı müvafiq işlərə başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv