Rəfail Mehdiyevi psixoloq xanım əvəz etdi - FOTO

18:34 - 30 May 2025

Rəfail Mehdiyevi psixoloq xanım əvəz etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə Arzu Yusifova gətirilib.

Qeyd edək ki, ixtisasca qastroenteroloq-psixoloq həkim olan Arzu Yusifova bir ilə yaxındır sözügedən xidmətdə həkim kimi fəliyyət göstərir. O, həmçinin bir sıra özəl və dövlət xətəxanalarında çalışıb. Arzu Yusifova fövqəladə hallar naziri ilə ailəvi yaxınlığı ilə tanınır.

Xatıradaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, xidmət rəisi əvəzi general-mayor Rəfail Mehdiyev ötən gün vəzifəsindən azad edilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv