Füzulidə “Qarabağım mənim” adlı festival keçirildi

18:11 - 01 İyun 2025

Füzulidə “Qarabağım mənim” adlı festival keçirildi

Füzulidə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qarabağım mənim” adlı  festival keçirilib


Manset.az xəbər verir ki, 1 iyun 2025-ci il tarixində Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə işğaldan azad olunmuş ərazilərin məktəbliləri üçün  festival keçirilib. Tədbirdə 150-yə yaxın şagird iştirak edib. Festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması  və onların asudə vaxtlarının səmərəli təşkili olub.

Festival çərçivəsində məktəblilərin musiqili çıxışları nümayiş olunub, müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil edilib. “Sülh bağı” adlı ağacəkmə aksiyasında uşaqlar fəal iştirak ediblər.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv