Bakıda yerləşən ticarət mərkəzlərinə məxsus yeraltı dayanacaqlarda parkinq tarifləri artırılıb.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəyişiklik "28 Mall" ticarət mərkəzində artıq tətbiq olunub.
Belə ki, burada bir saatlıq avtomobil saxlanması üçün nəzərdə tutulan ödəniş əvvəlki 1 manat əvəzinə 2 manat təşkil edir.
Məlumatlara əsasən, oxşar qiymət artımı "Gənclik Mall" və digər iri ticarət mərkəzlərinin dayanacaqlarında da müşahidə olunur.
Parkinq haqlarının niyə bahalaşdığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.