"İran üçün həyatımı verməyə hazıram" - Pezeşkian

13:52 - 07 Aprel 2026

\"İran üçün həyatımı verməyə hazıram\" - Pezeşkian

14 milyondan çox iranlı ölkəni müdafiə etmək üçün canından keçməyə hazırdır.


Manset.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

    “Canfəda” kampaniyasına diqqət çəkən Pezeşkianın sözlərinə görə, indiyə qədər 14 milyondan çox iranlı ölkəni müdafiə etmək üçün "canlarından keçməyə" hazır olduqlarını bəyan edib.

    “İndiyə qədər 14 milyon şərəfli iranlı İranı qorumaqdan ötrü öz canını fəda etmək üçün qeydiyyatdan keçib.

    Mən də İran üçün həyatımı verməyə hazır olmuşam, hazıram və hazır olacağam”, - Pezeşkian vurğulayıb.

    Qeyd edək ki, İranda müharibə başlayandan sonra “Canfəda” kampaniyası başladılıb. Burada məqsəd əhalinin İranın müdafiəsini təşkil etməsinə hazırlıqdır.

    Xatırladaq ki, İranın əhalisi təxminən 90 milyondur.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az