Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca
beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk
görüşünü keçirib. Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki
qalibinin – Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış
edərək onların fərdi inkişaf planına dəstək verəcək.
Keçirilən tanışlıq görüşündə Kapital Bank-ın İstedadların
idarə edilməsi departamentinin direktoru Aygün Musayeva və həmin departamentin
Təşkilati öyrənmə və istedadların inkişafı şöbəsinin müdiri Tükəzban Qasımova
da iştirak ediblər. Görüş zamanı qaliblərin gələcək karyera hədəfləri,
idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata
keçiriləcək birgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə təsis edilən və 5 mərhələdən ibarət olan “Yüksəliş”
müsabiqəsinin beşinci mövsümündə 124 finalçı arasından ən yüksək bal toplayan
20 nəfər qalib adını qazanıb. Qaydalara əsasən, qaliblər idarəçi rəhbərlər
(mentorlar) tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min
manatlıq pul mükafatı əldə edirlər.
Dördüncü
mövsümün uğurlu yekunu
Daim gənc istedadların və peşəkar kadrların inkişafına töhfə
verən Fərid Hüseynov, eyni zamanda Mentorluq Proqramı çərçivəsində dördüncü
“Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə son görüşünü keçirərək
bir illik fəaliyyəti yekunlaşdırıb.
Yekun görüşdə proqramın ümumi nəticələri müzakirə olunub,
iştirakçının keçdiyi inkişaf yolu, əldə etdiyi bilik və idarəçilik təcrübələri
qiymətləndirilib. Həmçinin, Elnur Abdullazadənin gələcək hədəfləri dinlənilib
və qazanılmış təcrübənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından
əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək
ki, Fərid Hüseynov görüş haqqında təsüratlarını öz sosial media kanalında
paylaşıb: “Dördüncü “Yüksəliş”
müsabiqəsinin qalibi Elnur Abdullazadəni bu proqram çərçivəsində yaxından
tanıdığıma və inkişafına şahidlik etdiyimə çox şadam. Mentorluq proqramı rəsmən
bitsə də Elnurun hədəflərinə gedən yolda hələ qarşıda çox böyük uğurlar var. Əminəm
ki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıq olsun”.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.