İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.
Manset.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən "Tüklə" qazpaylayıcı stansiyasından qidalanan Mahmudavar, Şatıroba, Mişkəmi, Miyənkü, Hişkədərə və Mololan kəndlərini qazla təchiz edən ortatəzyiqli qaz xəttinin kipliyinin sınaqdan keçirilməsi məqsədilə saat 10:00-dan işlər başa çatana qədər bu altı yaşayış məntəqəsində, ümumilikdə, 2 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.