Rusiyada onlarla azərbaycanlı saxlanıldı - Nə baş verir?

02:20 - 28 İyun 2025

Rusiyada onlarla azərbaycanlı saxlanıldı - Nə baş verir?

Xəbər verdiyimiz kimi, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşları bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi tərəfindən evlərinə basqın edilərək qətlə yetirilib.

Manset.az xəbər verir ki, “Qafqazinfo” “mk.ru”ya istinadən bildirir ki, onun qardaşlarının ölümü ilə bağlı yeni detallar məlum olub.

Məlumata görə, Yekaterenburq şəhərində onlarla azərbaycanlı saxlanılıb, ikisi öldürülüb. Öldürülən şəxslər S.Hüseynlinin qardaşlarıdır.

Qeyd edilir ki, təqiblər 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətldə kimin əli olduğu ilə bağlı başlayıb.

Azərbaycanlılar arasında qatilin axtarıldığı vurğulanıb. Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak ediblər.

Xatırladaq ki, Seyfəddin Hüseynli APA-ya açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az