Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ - İxtisas seçimi başlayır

10:20 - 07 İyul 2025

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ - İxtisas seçimi başlayır

Bu gündən ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başlayır. İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7-13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.


Dövlət İmthan Mərkəzindən Manset.az-a bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az