Bu rayonlarda yeni məktəblər tikilir

10:48 - 07 İyul 2025

Bu rayonlarda yeni məktəblər tikilir

Hazırda 7 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır.


Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, Təhsilin İnkişafı Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olan “Təhsil müəssisələrinin infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” sahəsində Fond və “Silkway Vest aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb.

"Əməkdaşlıq çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulub. Hazırda 7 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır. Bunlardan 5 -i Abşeron, 1-i Kürdəmir, 1-i isə Qubadlı rayonunda yerləşir", - deyə məlumatda qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az