Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

20:48 - 10 İyul 2025

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Saatlı rayonu və kəndlərində artıq bir müddətdir ki, yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, rayon ağsaqqalların ümumi qərarı ilə bu addım atılıb. Belə ki, yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub.

Qeyd edək ki, buna oxşar qayda ölkəmizin artıq bir neçə rayonunda tətbiq olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az