Yay aylarında süfrələrin sevimli qonağına çevrilən qarğıdalı təkcə dadlı deyil, həm də sağlamlıq baxımından son dərəcə faydalıdır. Mütəxəssislər qarğıdalının müntəzəm istehlakının orqanizmə bir sıra müsbət təsirlər göstərdiyini bildirirlər.
Manset.az Ölkə.az-a istinadla xəbər verir ki, qarğıdalı tərkibində bol miqdarda lif, B qrupu vitaminləri, maqnezium və antioksidantlar ehtiva edir. Bu komponentlər sayəsində bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və mədə-bağırsaq sisteminin sağlamlığını qoruyur.
Həzm sistemini gücləndirir: Tərkibindəki lif sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Ürək sağlamlığını qoruyur: Qarğıdalı yağı "pis xolesterin" kimi tanınan LDL-ni və ürək-damar xəstəliklərinin riskini azalda bilər.
Gözlər üçün faydalıdır: Lutein və zeaksantin kimi antioksidantlar gözləri zərərli şüalardan qoruyur, yaşa bağlı görmə zəifliyinin qarşısını alır.
Enerji verir: B1 vitamini (tiamin) sinir sistemi və enerji mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir.
Dəriyə və saçlara yaxşı təsir edir: E vitamini və sink sayəsində dərinin elastikliyini artırır, saç tökülməsinin qarşısını almağa kömək edir.
Qeyd edək ki, qarğıdalı həm qaynadılmış, həm də manqalda bişirilmiş şəkildə ləzzətlə yeyilə bilər. Lakin şəkərli diabetdən əziyyət çəkənlər bu məhsulu ehtiyatla qəbul etməlidir, çünki tərkibindəki təbii şəkər qan şəkərini yüksəldə bilər.