Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 29-da başlayacaq.
Bu barədə Manset.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Namizədlər sözügedən tarixdə saat 11:00-dan 4 avqust saat 11:00-dək
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.