Birlik əməkdaşlarının işğaldan azad olunan ərazilərə ekskursiyasından FOTOLAR

16:45 - 14 İyul 2025

Birlik əməkdaşlarının işğaldan azad olunan ərazilərə ekskursiyasından FOTOLAR

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Birlik əməkdaşlarının işğaldan azad olunan ərazilərə ekskursiyası baş tutub.


Manset.az xəbər verir ki, səfər çərçivəsində Birliyin 47 nəfər əməkdaşı Ağdam Cümə Məscidi, Əsgəran Qalası, Xocalı şəhəri, Xankəndi şəhər gəzintisi, Cıdır düzü, Molla Pənah Vaqifin Məqbərəsi, Yuxarı Gövhər Ağa Məscidi, Güllələnmiş Büstlər, Şuşa Qalası və İsa bulağına baş çəkiblər. Ekskursiya iştirakçıları işğaldan azad olunan ərazilərdə quruculuq, bərpa işləri ilə də yaxından tanış olublar.

İşğaldan azad olunan torpaqlarımıza təşkil olunan bu səfərə görə Birlik əməkdaşları “Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinə təşəkkür ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az