Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin
Göygöl rayon şöbəsinin inzibati binasında Göygöl, Gəncə, Samux, Daşkəsən,
Goranboy, Naftalan, Xocalı və Kəlbəcər rayonlarında qeydiyyatda olan
vətəndaşları qəbul edib.
Manset.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 1 şəhid ailəsi və 3 müharibə iştirakçısı olmaqla 41 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə
həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara
yönəldilib.