Bakı-Qazax yolundakı dəhşətli qəzanın SƏBƏBİ

13:47 - 08 Sentyabr 2025

Bakı-Qazax yolundakı dəhşətli qəzanın SƏBƏBİ

Sentyabrın 7-də, saat 16:30 radələrində Bakı–Qazax yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.


Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hadisənin səbəbini açıqlayıb.

Bildirilib ki, Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasındakı maneələrə çırpılıb, daha sonra qeyri-yaşayış obyektinə daxil olub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın səbəbi sükan arxasında yatan sürücünün diqqətinin itməsi olub.

***

12:49

Ötən gün Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib.

Manset.az-ın məlumatına görə, hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya girib.

TIR-ın 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı tərəfindən idarə edildiyi bildirilir. Yük maşını yol kənarda bir minik avtomobilinə dəyib, daha sonra obyektə çırpılıb.

Qəza zamanı yük maşınının sürücü xəsarət alıb. 

Hadisənin görüntülərini təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az