"TikTok"da dələduzluq edən şəxs saxlanıldı

10:58 - 01 Noyabr 2025

\"TikTok\"da dələduzluq edən şəxs saxlanıldı

"TikTok"da avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən 27 yaşlı Yusif İslamov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.


Bu barədə Manset.az Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Y.İslamov "aksesuar auto" adlı "TikTok" səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az