“Fənərbaxça” “Trabzonspor”a qalib gəldi 

23:22 - 14 Fevral 2026

“Fənərbaxça” “Trabzonspor”a qalib gəldi 

Türkiyə Super Liqasında XXII turun oyunları davam edir.


Manset.az xəbər verir ki, “Trabzonspor” öz meydanında “Fənərbaxça” ilə qarşılaşıb.

    Matç ev sahibi komandanın üstünlüyü ilə başlayıb. Qara dəniz təmsilçisinin heyətində 6-cı dəqiqədə Ernest Muçi hesabı açıb. Bu qoldan az sonra “sarı-lacivərdlilər” Anderson Taliska ilə hesabı bərabərləşdirib.

    34-cü dəqiqədə Kerem Aktürkoğlu “Fənərbaxça”nı önə keçirib. Komandalar fasiləyə Paul Onuaçunun 43-cü dəqiqədə vurduğu qolla 2:2 hesabı ilə yollanıblar.

    İkinci hissədə hücumlarını artıran Domeniko Tedeskonun rəhbərliyi altındakı kollektiv Marko Asensionun qolu ilə oyunda son nöqtəni qoyub.

    Görüş “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

    Türkiyə Super Liqası
    XXII tur
    15:30. “Gənclərbirliyi” - “Rizəspor” - 2:2
    18:00. “Alanyaspor” - “Konyaspor” - 2:1
    21:00. “Trabzonspor” - “Fənərbaxça” - 2:3


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az