Zəfər Günü ilə əlaqədar 30 mindən artıq ağac əkilib 

16:54 - 08 Noyabr 2025

Zəfər Günü ilə əlaqədar 30 mindən artıq  ağac əkilib 

Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə ölkənin meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri keçirilib. 


Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin üzvlərinin, dövlət qurumlarının və özəl təşkilatların əməkdaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı  ilə Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Lerik, Masallı, Tovuz, Gədəbəy, Goranboy, Sabirabad, Yevlax, Beyləqan, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 30 000-dən artıq müxtəlif cinsli ağac tingi əkilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az